Məxfilik siyasəti

Şəxsi məlumatların işlənməsinə razılıq

 

Bu veb saytdan istifadə edərkən və təklif etdiyimiz xidmətlərdən yararlanarkən Sizinlə bağlı əldə olunan fərdi məlumatların hansı formada istifadə olunacağı və necə qorunacağı hazırkı “Məxfilik siyasəti”ndə qeyd edilən qaydada tənzimlənir. Siz anonim olaraq sayta baxa bilərsiniz. Buna baxmayaraq, brauzeriniz hələ də avtomatik olaraq istifadə etdiyiniz kompüter və əməliyyat sisteminin növünü bildirir. Sizin haqqınızdakı yeganə şəxsi məlumat formaları doldurarkən könüllü olaraq təqdim etdiyiniz məlumatlardır. Saytda formaları doldurarkən ad, telefon nömrəsi, e-poçt kimi şəxsi məlumatlar tələb olunacaq. Sorğuya cavab olaraq belə məlumatın verilməsi sizin tərəfinizdən könüllü şəkildə həyata keçirilir. Sizin təqdim etdiyiniz məlumat sizin sorğunuz olan xidmətləri göstərmək üçün istifadə olunur.

 

Məxfilik siyasəti

 

Şəxsi məlumatlar

 

Şirkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun Şirkətə məxsus Saytlar vasitəsilə (könüllü şəkildə təqdim olunan Şəxsi məlumatlar istisna olmaqla) şəxsi məlumatlar hesab olunan aşağıdakı adları göstərilən məlumatları toplamaq niyyətində deyil:
Sizin soyadınız, adınız, atanızın adı, doğum tarixiniz (il, gün, ay), cinsiniz, milliyyətiniz, ünvanınız, ailə vəziyyətiniz, telefon nömrəniz, elektron poçt ünvanız və başqa informasiya (“Şəxsi məlumatlar”). Şəxsi məlumatların qeydiyyata alınmasını istəməyən şəxslər həmin məlumatları təqdim etməyə bilər.

 

Şəxsi məlumatların qeydiyyatı

 

İstifadəçi öz Şəxsi məlumatlarını təqdim etdikdə, Şirkət, əgər başqa şərt nəzərdə tutulmayıbsa, həmin məlumatları saxlaya, sistemləşdirə, toplaya, yığa, dəqiqləşdirə, istifadə edə, şəxsiyyətsizləşdirə, müştərilərin ehtiyaclarını öyrənmək və öz məhsullarının və xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə həmin informasiyanı ötürə bilər. Şirkət (və yaxud reklam kampaniyaları çərçivəsində bizim adımızdan çıxış edən digər şəxslər) istifadəçi ilə əlaqə saxlamaq üçün istifadəçinin Şəxsi məlumatlardan istifadə edə bilər; və/ yaxud Şirkət üçüncü şəxslərə Saytların ziyarətçiləri və ya istifadəçiləri haqqında ümumiləşdirilmiş (şəkli dəyişdirilmiş) informasiya təqdim edə bilər. Şirkət üçüncü şəxslərə Şəxsi Məlumatları satmayacaq, icarəyə verməyəcək və bunları etmək niyyətində deyil.
Şirkət Şəxsi məlumatları, bu cür açıqlama üçün razılıq verdiyi və yaxud bu barədə qabaqcadan xəbərdar olduğu hallar istisna olmaqla heç bir xarici təşkilatlara açıqlamayacağına zəmanət verir.

 

Şirkət avtomatik olaraq əldə etdiyi əlavə informasiya Sayta qoşulduğunuz bəzi hallarda Şirkət Şəxsi məlumatlar olmayan texniki informasiyanı birbaşa (yəni qeydiyyatsız) əldə edə bilər. Bu cür informasiyaya istifadəçinin internet-brauzerin növü, istifadəçinin kompüterin əməliyyat sisteminin növü və Sayta daxil olduğunuz internet saytın domen adı aid edilir.

 

Saytlara daxil olduğunuz zaman Şirkət istifadəçinin kompüterində müəyyən informasiyanı saxlaya bilər. Bu informasiya Cookies (daxil olduğunuz saytlardan sizin kompüterin sərt diskinə istiqamətlənən məlumatlar ilə kiçik fayllar) və yaxud buna bənzər formaya malikdir və müxtəlif tapşırıqların həllində faydalı ola bilər. Misal üçün, Cookies bizə Saytı elə sazlamağa imkan verir ki, o, maksimum dərəcədə istifadəçi maraqlarına və ehtiyaclarına uyğun gəlsin. Əksər internet-brauzerlərinin köməyilə istifadəçi Cookies-i sərt diskdən silə, onların istənilən saxlanmasını bloklaşdıra və yaxud onların saxlanacağı haqqında xəbərdarlıq ala bilər.

 

Xahiş olunur, bu funksiyalar haqqında daha ətraflı məlumat almaq üçün sizin internet-brauzerdən istifadə təlimatlarına və yaxud orada quraşdırılan soraq kitabçasına müraciət edəsiniz.